ABŞ-da təyyarə qəzası: 6 nəfər həlak oldu

ABŞ-ın Wisconsin ştatında baş verən təyyarə qəzasında 6 nəfər həyatını itirib.

763042
ABŞ-da təyyarə qəzası: 6 nəfər həlak oldu

ABŞ-ın Wisconsin ştatında baş verən təyyarə qəzasında 6 nəfər həyatını itirib.

Təyyarənin balıqçılıq məqsədli  səyahət üçün Chicagodan Kanadaya uçarkən qəzaya uğradığı bildirilib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin məlumatında qeyd edilib ki, təyyarənin pilotu və uçuşlara nəzarət edən işçilər arasında “məhəlli hava şəraiti” ilə əlaqəli danışıq olub və danışıqdan qısa müddət sonra təyyarə radardan itib.

Təyyarənin dağıntılarının iki şose yolunun yaxınlığında olduğu və həmin səbəbdən yolların hərəkətə bağlandığı bildirilib. Qəza ilə əlaqəli istintaq işinin də başladıldığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr