Avstriyada miqrantlarla bağlı yeni qanun imzalanıb

Avstriyada miqrantların qəbulunu nəzərdə tutan qaydaları sərtləşdirən yeni qanun qəbul edilib.

761139
Avstriyada miqrantlarla bağlı yeni qanun imzalanıb

Koalisiya hökumətininin şərikləri Sosial Demokrat Partiya (Spo) və Xalq Partiyası (ÖVP) tərəfindən hazırlanan və Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilməsi gözlənilən qanun layihəsi Nazirlər Kabinetində təsdiq edilib.

Parlamentonun mövzu ilə əlaqəli açıqlamasında: “layihə, miqrantların iqamət icazəsi müraciətlərində səhv məlumat verdiklərinin təsbit edilməsi halında 5 min avro pul cəzası, yetkinlərə 6 ay, uşaqlara isə 3 ay həbs cəzası verilməsini nəzərdə tutur”. Miqrantlar “Qırmızı-Ağ-Qırmızı” adlandırılan daimi iqamət haqqını əldə edənə dək, qalmaları üçün müəyyən edilən bölgəni tərk etmiyəcəklər. Qeyri-qanuni olaraq ölkədə qalanlar deportasiya ediləcək. Muhacirlik statusu tələbləri qəbul edilməyənlərə ölkədən ayrılmaları üçün yardım ediləcək. Ölkədən ayrılmamaları halında 18 ay həbs ediləcəklər. Həbs olanların zəruri ehtiyacları hökumət tərəfindən təmin edilməyəcək”.

Layihənin Məclisdə təsdiqlənməsi halında, qaçqın statusu əldə etmiş miqrantlar, qeyri-hökumət təşkilatlar nəzarətində işlə timin ediləcəklər.



Әlaqәli Xәbәrlәr