"Qətərə yeni sanksiyalar planlaşdırılır",O.Qobaş

Birləşmiş Ərəb Əmirliklərinin Rusiya səfiri Omar Qobaş Körfəzdəki Ərəb ölkələrinin Qətərə qarşı bəzi yeni iqtisadi sanksiyalar planlaşdırdığını söyləyib.

760758
"Qətərə yeni sanksiyalar planlaşdırılır",O.Qobaş

Birləşmiş Ərəb Əmirliklərinin Rusiya səfiri Omar Qobaş Körfəzdəki Ərəb ölkələrinin Qətərə qarşı bəzi yeni iqtisadi sanksiyalar planlaşdırdığını söyləyib.

İngiltərədə dərc olunun “The Guardian” qəzetinə  açıqlama verən Qoba öz kommersiya tərəfdaşlarına Qətər və Körfəz ölkələri arasında seçim etmələri kimi bəzi şərtlər irəli sürəcəklərini də söyləyib.

Qobaş Qətər ilə ticarət əlaqələri olan ölkələrin bu əlaqələrini məhdud etməsinin də bu sanksiyalardan biri ola biləcəyini ifadə edərək, Qətərin Körfəz Əməkdaşlıq Şurasından çıxarılmasının 'mövcud tək sanksiya' olmadığını da bildirib.

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri “terror təşkilatlarına dəstək verdiyi” səbəbi ilə 5 iyunda Qətərlə diplomatik əlaqələrini kəsmə qərarı qəbul etmiş, Qətər ilə dəniz və hava yolu nəqliyyatını da dayandırmışdı.

Bu ölkələrə daha sonra Yəmən, Maldiv və Liviyanın şərqindəki hökumət də qoşulmuşdu.

Keçən həftə Qətərə embarqo tətbiq edən ölkələrdən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn embarqoya son qoyulması üçün bu ölkəyə bir tələb siyahısı çatdırmışdı.

Buna görə 13 ayrı maddədən ibarət olan siyahıda mərkəz qərargahı Qətərdə olan yayım quruluşu Əl-Cəzirənin bağlanılması, İranla əlaqələrin məhdudlaşdırılması, Qətərdəki Türk hərbi bazanın bağlanılması və bəzi terror günahkarlarını təhvil verməsi kimi tələblər yer alırdı.



Әlaqәli Xәbәrlәr