Böyük Britaniya hökuməti 2-ci Elizabethin maaşını artırıb

Böyük Britaniya hökuməti, Elizabethin xərcləri üçün ayrılan büdcənin 2018-2019 tarixləri arasında 8% artırılaraq 82,2 milyon sterlinq olduğunu bildirib.

760421
Böyük Britaniya hökuməti 2-ci Elizabethin maaşını artırıb

Elizabethin maliyyə işlərindən məsul Alan Reid, Kraliçənin büdcədən ayrılan pay ilə Birləşmiş Krallığı ali seviyyədə təmsil etdiyini bildirib.

Rəsmi məlumatlara görə Kraliça 2. Elizabeth və Kral ailəsi 2016-2017 dövründə rəsmi ziyarətlər üçün 4,5 milyon sterlinq xərcləyib.

Qeyd edək ki, Kraliyətin bütün varlıqlarından əldə etdiyi gəlir 2016-2017 tarixləri arasında 24,7 milyon sterlinq artaraq 328,8 milyon sterlinqə yüksəlib.

 



Әlaqәli Xәbәrlәr