Bu il Aralıq dənizində iki mindən çox qaçqın həyatını itirib

Bu barәdә Beynəlxalq Miqrasiya Təşkilatı  mәlumat verib.

758883
Bu il Aralıq dənizində iki mindən çox qaçqın həyatını itirib

Beynəlxalq Miqrasiya Təşkilatı  2017-ci ilin əvvəlindən bu yana Avropaya dәniz yolu ilә 84 min qaçqınının keçdiyini, 2 min 108 qaçqınının isә boğularaq öldüyünü açıqlayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Coe Millman BMT-nin Cenevrәdәki qәrargahında verdiyi açıqlamada  iyunun 22-dә İtaliya sahillәrindә boğulma tәhlükәsi ilә qarşı-qarşıya olan 180 miqrantın xilas edilәrәk İtaliyaya aparıldığını deyib.

Coe Millman bir hәftә әrzindә Aralıq dәnizindә təxminən 2 min 500 miqrantın xilas edildiyini bildirib.

O,  hәmçinin bu il Avropaya  dәniz yolu ilә keçәn  qaçqın sayının  təxminən 72 min olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr