"Problemin mənbəyi Yunanıstandır", M.Rutte

Hollandiyanın Baş naziri Mark Rutte qaçqınlar mövzusunda qəbul edilmiş sazişlə əlaqəli problemin mənbəyinin Türkiyə yox, Yunanıstan olduğunu söyləyib.

758199
"Problemin mənbəyi Yunanıstandır", M.Rutte

Hollandiyanın Baş naziri Mark Rutte qaçqınlar mövzusunda qəbul edilmiş sazişlə əlaqəli problemin mənbəyinin Türkiyə yox, Yunanıstan olduğunu söyləyib.

Brüsseldə davam edən  Aİ dövlət rəhbərlərinin sammiti zamanı çıxış edən Rutte deyib ki, Türkiyə qaçqınlarla əlaqəli sazişdə vədlərini yerinə yetirdi. Problemin mənbəyi Yunanıstandır.

Qeyd edək ki, sammitdə Aİ-nin birgə müdafiə siyasətləri və terrorla mübarizə mövzuları da müzakirə olunub.

Liderlər terrorla mübarizə çərçivəsində sosial şəbəkə şirkətlərini, internetdə terrorçu matərialların yayğınlaşmasının qarşısını almaq üçün vacib olanı yerinə yetirməyə çağırıb.

Bu çərçivədə əcnəbi döyüşçülər mövzusundakı cəhdləri artırma qərarına gəldiklərini söyləyən Aİ Şurasının sədri Donald Tusk deyib ki, xalqımızı qorumaqda qərarlıyıq.  

Aİ Komissiyasının sədri Yunker isə sammitdə ümumilikdə müdafiə məsələsini diqqət mərkəzində saxlayaraq deyib ki, Aİ daxilində müdafiə mövzusu yatan şahzadə kimi idi. Şahzadə artıq oyanmağa başladı. 28 üzv ölkə lideri də müdafiə sahəsində təqdim edilən təklifi qəbul etdi. Bu ölkələrin cəmdə ABŞ-ın yarısı qədər müdafiə sahəsində xərci var. Ancaq ölkələr arasında fərqlənmələr olmasına görə elə müsbət nəticə əldə edilə bilmir.

Sammitdə bugün iqtisadiyyat mövzuları müzakirəyə çıxarılacaq.



Әlaqәli Xәbәrlәr