İraqda 5 milyondan çox uşağın təcili humanitar yardıma ehtiyacı var

BMT Uşaq Fondu (UNICEF) İraqda 5 milyondan çox uşağın təcili humanitar yardıma ehtiyac duyduğunu bildirdi.

757582
İraqda 5 milyondan çox uşağın təcili humanitar yardıma ehtiyacı var

BMT Uşaq Fondu (UNICEF) İraqda 5 milyondan çox uşağın təcili humanitar yardıma ehtiyac duyduğunu bildirdi.

UNICEF-in yaydığı yeni hesabatda qeyd olunub ki, İraqda zorakılığın yenidən başladığı 2014-cü ildən bəridir uşaqlar "axırı gəlməyən zorakılıq" və "artan yoxsulluq” problemi arasında qalıb.

Hesabatda ölkədəki zorakılığa görə yanvar ayından bəridir 152, son üç ildə isə min 75 uşağın həyatını itirdiyi bildirilib.

Hesabatda ilin ilk yarısında 255, yenə son üç ildə min 130 uşağın şikəst qaldığı və ya yaralandığı ifadə edilib.

"Gediləcək bir yer qalmadı" başlığı altında nümayiş olunan UNICEF-in hesabatında qeyd olunub ki,  2014-cü ildən bəridir İraqda 4 min 650 uşaq ailələrindən ayrılmaq məcburiyyətində qaldı. 138 məktəb və 58 xəstəxana hücumda məhv edildi. 3 milyondan çox uşaq nizamlı olaraq məktəbə gedə bilmir. 1,2 milyon uşaq isə məktəbə heç gedə bilmir.

UNICEF-in İraq nümayəndəsi Peter Hawkins hesabatla bağlı verdiyi açıqlamada deyib ki, İraq miqyasındakı uşaqlar tamamilə qorxu və təsvir edilə bilməyəcək səviyyədə zorakılğa şahidlik etməkdə davam edir. Onlar yaxın tarixin ən qəddar döyüşlərindən birində öldürüldü, yaralandı, qaçırıldı və təzyiqlə birini öldürməyə məcbur edildi.



Әlaqәli Xәbәrlәr