Bu gün Fransada parlament seçkilərinin ikinci mərhələsi keçirilir

Seçkilərdə Fransanın ana ərazisindən 46 milyon, xarici ərazilərindən isə 1 milyon 300 minə yaxın seçici səs verəcək.

754750
Bu gün Fransada parlament seçkilərinin ikinci mərhələsi keçirilir

Fransada parlament seçkilərinin ikinci mərhələsi bu gün keçirilir.
 
Seçkilərdə Fransanın ana ərazisindən 46 milyon, xarici ərazilərindən isə 1 milyon 300 minə yaxın seçici səs verəcək.
 
 İlk mərhələdə 12,5 % və daha çox səs toplayan namizədlər ikinci mərhəldə iştirak edəcəklər və burada ən çox səs toplayan namizəd deputat seçiləcək.
 
İlk mərhələdə səslərin 32,32%-ni prezident Emmanuel Macronun yaratdığı "İrəli" hərəkatı ilə Demokratiya Hərəkatı ittifaqının 390- 430 deputatla əksəriyyəti əldə edə biləcəyi proqnozlaşdırılır.
 
 Parlament seçkilərinin keçən həftə keçirilən ilk mərhələsində prezident Macron böyük uğur əldə etdi, mərkəz sağ və sol isə ciddi məğlubiyyətlərə məruz qaldılar.
 
Fövqəladə halın davam etdiyi ölkədə təxminən 69 min səsvermə məntəqəsində 50 minə yaxın polis təhlükəsizliyi təmin edəcək.



Әlaqәli Xәbәrlәr