Əfqanıstanda DEAŞ-ın mətbuat mənsubu öldürüldü

Əfqanıstandakı Amerika Birləşmiş Ştatları birliklərindən verilən məlumatda DEAŞ-ın Xorasan mətbuat mənsubu Cavad Xanın iyunun 3-də Açın rayonu yaxınlığında təşkil olunan hava hücumunda öldürüldüyü bildirilir.

754570
Əfqanıstanda  DEAŞ-ın mətbuat mənsubu öldürüldü

Əfqanıstanın şərqində Nangarhar vilayətində terror təşkilatı DEAŞ-ın Xorasan region mətbuat mənsubu öldürüldü.
 
 Əfqanıstandakı Amerika Birləşmiş Ştatları birliklərindən verilən məlumatda DEAŞ-ın Xorasan mətbuat mənsubu Cavad Xanın iyunun 3-də Açın rayonu yaxınlığında təşkil olunan hava hücumunda öldürüldüyü bildirilir.
 
Məlumatda hücumda mülki vətəndaşların zərər görmədiyi vurğulanır.
 
 Nangarhar vilayətində DEAŞ-a qarşı əməliyyatlar təxminən bir ildir davam edir.
 
 Təxminən yarım ay əvvəl isə Nangarhar vilayətində təşkil olunan hücumda DEAŞ-ın Əfqanıstan lideri Əbdül Hasib öldürülmüşdü.



Әlaqәli Xәbәrlәr