Yəməndə xolera epidemiyası tüğyan edir

27 Apreldən bu yana Yəmənin 20 vilayətində qeydə alınan xolera epidemiyasından həyatını itirənlər sayı 989 nəfərə çatıb. Bunu ümumdünya səhhiyə təşkilatı bildirib.

753426
Yəməndə xolera epidemiyası tüğyan edir

Ümumdünya səhhiyə təşkilatının məlumatına görə 22 vilayətdən 20-də sözügedən epidemiya aşkarlanıb. Bundan əlavə olaraq, ölkədə 124 mindən çox insanda xoleranın ola biləcəyinə dair şübhələr var.

Yəməndə iki ildən çox müddətdir davam edən qarşıdurmalar səbəbiylə ölkə daxilində evini tərk etmək məcburiyyətində qalan 3 milyona yaxın insan, içməli su və tullantılardan qaynaqlanan xolera epidemiyasına yoluxma riski ilə qarşı-qarşıyadır.

 

 



Әlaqәli Xәbәrlәr