“Nike”, “Universal Studios” və “Sanrio” istintaqa cəlb edildi

Avropa İttifaqı Komissiyası “Nike”, “Universal Studios” və “Sanrio”nun istehsal və pərakəndə satışı lisenziya sazişlərilə bağlı istintaqa başladı.

753280
“Nike”, “Universal Studios” və “Sanrio” istintaqa cəlb edildi

  İstintaq zamanı şirkətlərin paltar, ayaqqabı, telefon aksesuarları, çanta, oyuncaq kimi lisenziyalı məhsullarının internet satışlarına bəzi Avropa İttifaqı ölkələrində məhdudlaşdırma gətirilib-gətirilmədiyi yoxlanılacaq.

  Avropa İttifaqı bazar qaydalarına görə, üzv ölkələrdə vətəndaşlar internet üzərindən digər İttifaq üzvü olan ölkələrdən sərbəst şəkildə məhsul və xidmət satın ala bilər. Bəzi firmaların isə istehsal və pərakəndə lisenziya müqavilələrinə görə məhsul satışlarına məhdudlaşdırma gətirilir.

  Avropa İttifaqı Komissiyası istintaqı nəticəsində qaydalara zidd vəziyyət təsbit edərsə bununla bağlı tədbirlər görə və şirkətə maneə törədə bilər.



Әlaqәli Xәbәrlәr