Emmanuel Macron İngiltərənin baş naziri ilə görüşdü

İngiltərə və Fransa terrorizmlə mübarizə məsələsində tərəfdaşlıqlarını gücləndirir.

752104
Emmanuel Macron İngiltərənin baş naziri ilə görüşdü

 Fransa prezidenti Emmanuel Macron Fransanın paytaxtı Parisdə, Yelisey Sarayında İngiltərənin baş naziri Theresa May ilə görüşdü.
 
 Görüşdə terror məsələsində ortaq hədəflər müəyyənləşdirildi.

 Görüşdən sonra keçirilən mətbuat konfransında liderlər Fransa ilə İngiltərənin ortaq hədəflərini açıqladılar.
 
Macron iki ölkənin xüsusi xidmət orqanlarının terrorla mübarizə məsələsi ilə bağlı əməkdaşlıq etdiyini bildirdi, sosial mediadan təbliğat vasitəsi kimi istifadə edən terrorçulara qarşı da birlikdə tədbir görəcəklərini qeyd etdi.
 
 Fransa prezidenti  ehtiyac olduğu təqdirdə, internet üzərindən terrorçu əlaqələrinin müəyyən olunması  üçün Washigtondan da dəstək alacaqlarını söylədi.
 
 İngiltərə baş naziri Theresa May isə terrorçuların internetdən məhrum ediləcəyini vurğuladı.
 
 Liderlər görüşdə Brexit sonrası münasibətlər, iqtisadi inkişaf, qaçqın problemi və müdafiə məsələlərinin də müzakirə olunduğu barədə məlumat verdilər.
 
Macron Avropanın qapılarının İngiltərəyə açıq olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr