Banqladeşdə 147 nəfər leysan yağışlar və yer sürüşmələrinin qurbanı olub.

Banqladeşdə 134 nəfər leysan yağışlar və yer sürüşmələrinin qurbanı olub. Ölənlərin arasında xilasedicilərin də olduğu bildirilib.

752566

Təbii fəlakətdən ən çox Ranqamati, Çitaqonq və Bandarban əyalətləri ziyan çəkib.  Bu rayonlarda telefon əlaqəsi kəsilib, nəqliyyatın hərəkəti iflic olub.  Minlərlə insan bölgədən çıxarılıb.

Fəlakət bölgəsində xeyli sayda insanın itkin olduğu bildirilir. 

Ölənlərin sayının artacağı istisna olunmur. Xilasedicilər hazırda ərazidə axtarış-xilasetmə əməliyyatını davam etdirilirlər.  

Hindistan fəlakətin baş verdiyi ölkəyə yardım göstərməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, ölkədə 2007-ci ildə leysan yağışlarının səbəb olduğu yer sürüşməsi nəticəsində 127 nəfər ölmüşdü.

Әlaqәli Xәbәrlәr