ABŞ-ın Qətər səfiri Dana Shell Smith, vəzifəsindən istefa verib

ABŞ-ın Qətərdəki səfiri Dana Şell Smit prezident Donald Trampın  Fars körfəzi ölkəsinə qarşı tənqidi çıxışından sonra istefa verib.

752136
ABŞ-ın Qətər səfiri Dana Shell Smith, vəzifəsindən istefa verib

CNBC telekanalının müxbiri Con Harvud Twitter səhifəsində yazıb: “Trampın növbəti tənqidindən bir neçə gün sonra ABŞ-ın Qətərdəki səfiri istefa verib”.

Xatırladaq ki, iyunun 9-da, ABŞ prezidenti Donald Tramp Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham edib və buna son qoymağın vaxtı çatdığını bildirib.

İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir, Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Komor adaları və Mavrikiy də qoşulub.



Әlaqәli Xәbәrlәr