Şimali Koreyanın nüvə silahları məhv edilməlidir

"Şimali Koreyanın nüvə silahlarının məhv edilməsi ölkəm üçün böyük əhəmiyyət kəsb edir", bunu Cənubi Koreya dövlət başçısı Moon Jae deyib.

751356
Şimali Koreyanın nüvə silahları məhv edilməlidir

Baş nazir Moon, Yaponiya hökumət başçısı Şinzo Abenin xüsusi nümayəndəsi Toşihiro Nika ilə bir araya gəlib.

Moon, görüşdən sonra verdiyi açıqlamada: “Şimali Koreyanın nüvə silahlarının məhv edilməsi dünyada və şimal-şərqi Asiyada sülhün zəmanəti baxımında zəruridir. Həmçinin Cənubi Koreya üçün həyati əhəmiyyət daşıyır. Təzyiq və sanksiyalar, təkcə Pxenyanın nüvə silahlardan imtina etməsini təmin etməyəcək. Şimali Koreyanın müzakirə stolunda əyləşməsi üçün də təsirli olacaq. “Təzyiq və sanksiyaları artırarkən, nüvə silahlardan imtina etməsi halında Şimala yardım edəcəyimiz mesajını da verməliyik” deyə vurğulayıb.

Cənubi Koreya Dövlət Başçısı, Beynəlxalq Futbol Federasiyaları Birliyinin (FIFA) Başçısı Gianni Infantino ilə görüşündə isə, 2030 Dünya Kubokunu Şimali Koreya ilə birlikdə təşkil etmək istədiklərini ifadə edərək: “Cənubi və Şimali Koreya istisna olmamaqla, Şimal-şərqi Asiyadakı qonşu ölkələrin 2030 Dünya Kubokuna ev sahibliyi etmələri, Şimali Koreya və Cənubi Koreyada sülhün təsis edilməsinə töhvə verə bilər. Infantinonun bu mövzu ilə ciddi maraqlanması yaxşı olar”.

Infantino da, Cənubi Koreya lideri Moonun fikirlərini yüksək qiymətləndirdiyini bildirib.



Әlaqәli Xәbәrlәr