İngiltərədə yeni kabinet təşkil edildi

Böyük Britaniyada keçən cümə axşamı günü (8 iyun 2017) keçirilən erkən seçkilərdən sonra Mühafizəkar Partiyanın rəhbəri və Baş nazir Tereza Mey yeni kabineti təsdiq edib.

750607
İngiltərədə yeni kabinet təşkil edildi

  318 millət vəkiliylə təkbaşına hakimiyyəti qurmaq üçün lazımi say əldə edə bilməyən T.Meyin yeni kabinetində olacaq adamlar İngiltərə Baş Nazirliyi tərəfindən açıqlanıb.

  Yeni kabinetdə bir çox nazir seçkidən əvvəlki mövqelərində qalıb. İngilis mətbuatı tərəfindən "Meyın dostu və yaxın ortağı" adlandırılan Əmək və Sosial Müdafiə naziri Damian Qrin Baş nazir müavini vəzifəsinə gətirilib. Mühafizəkar Partiyasının iqtidarı dövründə - 2010-2016-cı illərdə kabinetdə müxtəlif vəzifələrdə çalışan Maykl Qovea (Michael Gove) isə Ekologiya, Qida və Kənd Təsərrüfatı Nazirliyinə gətirilib.

  Tereza Mey yeni hökumətin sosial problemlərin həllini əsas götürəcəklərini, Brüsseldə olacaq Brexit müzakirələrinin isə 12-17 iyun arası keçiriləcəyini xatırladıb.



Әlaqәli Xәbәrlәr