Fransada keçirilən parlament seçkilərinin nəticələri

Fransada parlament seçkilərin ilk turunun ilkin nəticələrinə görə, prezidenti Emmanuel Makron tərəfindən yaradılan "İrəli, Respublika" hərəkatı seçkidə qələbə qazandı.

750420
Fransada keçirilən parlament seçkilərinin nəticələri

Fransada parlament seçkilərin ilk turunun ilkin nəticələrinə görə, prezidenti Emmanuel Makron tərəfindən yaradılan "İrəli, Respublika" hərəkatı seçkidə qələbə qazandı.

Hesablamalara görə, “İrəli, Respublika” hərəkatı 390-dan 430-dək, Respublikaçılar 85-dən 125-dək, Milli Cəbhə 3-dən 10-dək mandat sahibi olacaq.

7 min 877 namizədin millət vəkili olmaq üçün yarışdığı ilk turda ən az 50 faiz səs yığan millət vəkili namizədləri birbaşa Məclisdə yer tutacaq, hər hansı namizədin 50 faiz səs toplaya bilmədiyi yerlər üçün ikinci tur keçiriləcək.

Seçkilərin iyunun 18-də keçiriləcək ikinci turunda ilk turda 12,5 və bunun üzərində səs götürən nazimədlər iştirak edə biləcəklər.

Seçkilərin nəticəsində əksəriyyəti təşkil edən 289 millət vəkili və bundan daha çox qazanan partiya hökuməti formalaşdıra biləcək.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, səçkilərdə iştirak ədənlər 50 faizdən azdır. Fransanın tarixində ilk dəfə bu qədər aşağı səviyyədə seçici iştirakı qeydə alınb.

Baş nazir Edouard Philippe seçkinin ilk turu ilə əlaqəli açıqlamasında seçicilərin iştirakının az olmasına baxmayaraq vetəndaşların mesajının açıq olduğunu söyləyib. Onun düşüncəsinə görə prezident Makron bir aydır vəzifədə olmasına baxmayaraq ölkə və ölkə xaricində etimad, iradə və cəsarətin simvoluna çevrilib.



Әlaqәli Xәbәrlәr