ABŞ prokurorları Trampı məhkəməyə verir

ABŞ prezidentinin iş dünyası mənfəətinə xidmət edəcək təşviklərə gedəcəyi narahatlığı da bu ittihamda əks olunur.

751069
ABŞ prokurorları Trampı məhkəməyə verir

  Amerika Birləşmiş Ştatlarında Vaşinqon D.Ç. və Mereland əyalətlərinin baş prokurorları prezident Donald Trampı məhkəməyə verməyi açıqladıqlarını bildiriblər.

  ABŞ mərkəzli “The Washington Post” qəzetinin yazdığına görə, baş prokurorlar Karl A. Rasin (DC) və Brayn E. Froş (Meriland) Trampı fərdi və cəmiyyət maraqlarını bir-birindən ayıra bilmədiyi, xaricdən pul aldığı və korrupsiya əleyhinə hökmləri pozduğu üçün məhkəməyə verirlər.

  D.Trampa istiqamətli ittihamların mərkəzində onun otelləri var, xüsusən də Ağ Evin yaxınlığında yerləşən “Trump International Hotel”i.

  Digər tərəfdən, Trampın xarici ölkələri ABŞ prezidentinin iş dünyası mənfəətinə xidmət edəcək təşviklərə aparacağı narahatlığı da bu ittihamda əks olunur.



Әlaqәli Xәbәrlәr