Donald Tramp: “Qətər tarixən terrorizmin sponsoru olub”

ABŞ prezidenti Donald Tramp Qətəri uzun müddətdir terrora dəstək verən ölkə adlandırıb.

749869
Donald Tramp: “Qətər tarixən terrorizmin sponsoru olub”

ABŞ prezidenti Donald Tramp Qətəri uzun müddətdir terrora dəstək verən ölkə adlandırıb.

Donald Tramp  Rumıniya prezidenti Klaus Lohannis ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında  Qətər məsələsinə diqqət çəkib.

Qətərin terrora dəstək verdiyini irəli sürən D.Tramp: ‘‘Qәtәr  tarixən terrorizmin sponsoru olub, buna son qoymaq lazımdır’’ deyib.

Ər-Riyadda keçirilən sammitə toxunan Donald Tramp  Səudiyyə Ərəbistanına, Səudiyyə Ərəbistanı Kralı Salman bin Әbdülәziz  və sammitdə iştirak edən digər ölkələrə təşəkkür edib və  "Ümid edirəm ki, bu, terrorizmin maliyyələşdirməsinin sona çatması üçün bir başlanğıc olacaqdır" deyib.



Әlaqәli Xәbәrlәr