Yaponiyada 200 il sonra bir ilk

Yaponiya parlamenti İmperator  Akihitonun taxtı təhvil verməsi ilə bağlı qanun layihəsini qəbul edib.

749143
Yaponiyada 200 il sonra bir ilk

Yaponiya parlamenti İmperator  Akihitonun taxtı təhvil verməsi ilə bağlı qanun layihəsini qəbul edib.

Ötən il İmperator yaşının çox olması ilə əlaqədar vəzifələrinin icrasında çətinlik çəkəcəyi barədə narahatlığını bildirmişdi. Hazırda onun 83 yaşı var.

Akihitonun taxtdan çəkilməsinin ardınca yerinə 57 yaşlı oğlu vəliəhd şahzadə Naruhitunun keçəcəyi bildirilib.

Qeyd edək ki, bu qanun yalnız hazırkı İmperatora aiddir.

Yaponiyada daha əvvəl 1817-ci ildə İmperator Kokaku taxtını oğlu Ninkoya təhvil vermişdi.



Әlaqәli Xәbәrlәr