45 ildən çox axtarışda olan qatil yaxalandı

Yaponiyada  törətdiyi cinayətə görə 45 ildən çox axtarılan şəxs Xirosimada yaxalandı.

749516
45 ildən çox axtarışda olan qatil yaxalandı

Yaponiyada  törətdiyi cinayətə görə 45 ildən çox axtarılan şəxs Xirosimada yaxalandı.

 Masaaki Osaka 14 noyabr 1971-ci ildə paytaxt Tokioda baş verən etirazlar zamanı molotov kokteyli ataraq bir  polisin ölümünə səbəb olmaqda günahlandırılırdı.
 
 O dövrdə Yaponiya İnqilabçı Kommunistlər Birliyinin Milli Komitəsinin (digər adıyla Çukaku-ha) üzvü olan və 1972-ci ildə axtarışda olanlar siyahısına girən Osaka barəsində cinayət, silahlı aksiyalara qatılmaq və hücum kimi bir neçə  yüngül  ittihamlar da vardı.

 Yaponiyanın xəbər orqanlarına görə, Osaka ölkənin ən uzun müddət qaçaq olaraq yaşayan insanıdır.
 
 Polisin qənaətinə görə, Osakanın bu qədər uzun zaman ərzində gizlənməsinin səbəbi vaxtilə Yaponiya İnqilabçı Kommunist Liqasının səlahiyyətli rəhbərlərindən biri kimi qrupdakı insanlardan yardım almasıdır.
 
 Yaponiyada bir nəfərin ölümünə səbəb olan fəaliyyətə görə ömürlük həbs cəzası kəsilir.
 
 Polis Osakanın tutulduğu andan bu yana bir kəlmə də söyləmədiyini  bildirir.



Әlaqәli Xәbәrlәr