Xolera epidemiyası sürətlə yayılır

Yəməndə xolera xəstəliyinə yoluxanların sayı  ay yarım ərzində 100 min nəfəri ötüb.

748565
Xolera epidemiyası sürətlə yayılır

Dünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, xəstəlik səbəbiylə həyatını itirənlərin sayı 800-ə çatıb.

Qarşıdurmalar davam edən Yəmən, 27 Apreldən bəri xolera epidemiyası ilə pənçələşir. Dünya Sağlamlıq təşkilatı, 19 vilayətdə təxminən 102 min nəfərin xəstəliyə yoluxduğunu bildirib. Epidemiyadan təsirlənən şəhərlərin başında isə paytaxt Sana gedir.

İki ildən bəri qarşıdurmalara səhnə olan Yəməndə, xolera səbəbindən ölənlərin sayının artabiləcəyi güman edilir.



Әlaqәli Xәbәrlәr