Putin:"ABŞ ilə Rusiya arasındakı müharibədən heç kim sağ çıxa bilməzdi"

Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında müharibə olduğu təqdirdə heç kimin sağ qalmayacağını bildirdi.

748275
Putin:"ABŞ ilə Rusiya arasındakı müharibədən heç kim sağ çıxa bilməzdi"

Rusiya prezidenti Vladimir Putin məşhur rejissor Oliver Stone-un çəkdiyi 4 bölümlük "The Putin İnterviews" adlı sənədli filmdə ABŞ və Nato ilə əlaqələr əhəmiyyətli açıqlamalar verir.

Rəqəmsal yayım platformu "Showtime"da gələn həftədən etibarən yayımlanacaq sənədli filmin bəzi fraqmentləri təqdim olundu.

Bu filmdə  Stone-un: "İki dövlət arasında silahlı münaqişə vəziyyətində ABŞ daha güclüdürmü?" sualına Putin:"Belə bir münaqişədən heç kimin sağ çıxacağını sanmıram" şəklində cavab verir.

Sənədli filmdə NATO ilə bağlı sualları da cavablandıran Rusiya prezidenti NATO-nun ABŞ-ın xarici siyasətinin alətinə çevrildiyini, NATO-da müttəfiqlər deyil, ABŞ-dan asılı olan ölkələr olduğu fikrini yürüdür.

Putin:"Bir ölkə NATO üzvü olduğu təqdirdə, ABŞ-ın təzyiqi qarşısında çətin dayana bilir. Bu ölkəyə qəflətən silah sistemləri yerləşdirilir. Antiballistik raket sistemləri, hərbi bazalar və yeni hücum sistemləri yerləşdirilir" deyir.

Prezident Putin filmdə NATO-nun böyüməsi ilə əlaqədar narahatlıqlarını da dilə gətirir, artan NATO təhlükəsi və hərbi qüvvənin artırılmasına qarşı Rusiyanın da tədbirlər görmək məcburiyyətində qaldığını qeyd etdi.

 



Әlaqәli Xәbәrlәr