Donald Trump İranda törədilən terror aktlarını qınadı

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İran parlamenti və Xomeyni türbəsinə təşkil olunana terror hücumunu  qınayaraq, terrora dəstək verən ölkələrin terrorun yaydığı dəhşətin qurbanı olma riskini daşıdığını vurğuladı.

748188
Donald Trump İranda törədilən terror aktlarını qınadı

Ağ Saray Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın İranın paytaxtı Tehrandakı hücumları qınaması ilə bağlı bəyanat yaydı.

Bəyanatda deyilir:"İrandakı terror hücumlarının qurbanları və bu çətin zamanlardan keçən İran xalqı üçün dua edir və dərindən kədərlənirik. Terrora dəstək verən ölkələrin terrorun yaydığı dəhşətin qurbanı olmaq riski daşıdığını vurğulayırıq".

Xatırladaq ki, İran parlamenti və İran inqilabının lideri Ayətullah Xomeyninin türbəsinə olan silahlı və bombalı hücumlarda 12 nəfər ölüb, 43 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti DEAŞ terror təşkilatı üzərinə götürüb

 

 



Әlaqәli Xәbәrlәr