Cammu Kəşmirdə silahlı toqquşma oldu

Hindistanın Cammu Kəşmir bölgəsində çıxan qarşıdurmada 6 müqavimətçi və 1 əsgər öldü.

748605
Cammu Kəşmirdə silahlı toqquşma oldu

   Hindistan Ordusunun sözçüsü polkovnik Rajesh Kalia müqavimətçilərin Pakistan sərhədindən Nowgam bölgəsinə keçməsi nəticəsində yaranan silahlı toqquşmada 1 əsgər və 3 müqavimətçinin öldüyünü, digər 3 müqavimətçinin də Machil bölgəsində öldürüldüyünü bildirdi.

  Müstəqilliklərini əldə etdikləri 1947-ci ildən bəri Hindistan və Pakistan arasında mübahisəli ərazi olan Kəşmirdə bu günədək 70 min insan silahlı toqquşmalarda həlak olub.

  Cammu Kəşmirdəki müqavimət qrupları 1989-cu ildən etibarən müstəqil olmaq, və ya Pakistana birləşmək üçün aksiyalar keçirirlər.

 

 

 

 



Әlaqәli Xәbәrlәr