Vladimir Putin Qәtәr Әmiri vә Misir prezidenti ilә telefon әlaqәsi saxlayıb

Bu barәdә Kremldәn verilәn açıqlamada bildirilib.

747537
Vladimir Putin  Qәtәr Әmiri vә Misir prezidenti ilә telefon әlaqәsi saxlayıb

Rusiya prezidenti Vladimir Putin  Qətər Əmiri Şeyx Təmin bin Həməd Әl Sani və Misir prezidenti Əbdulfəttah әs-Sisi ilə telefon әlaqәsi saxlayıb.

V. Putin vә  Şeyx Təmin bin Həməd Әl Sani arasında baş tutan görüşdә  Qәtәr ilә Әrәb ölkәlәri arasındakı böhran qiymәtlәndirilib.

Kremldən  verilәn açıqlamada: ‘‘V.Putin  Rusiyanın  böhranın dialoq yolu ilә hәll edilmәsi mәsәlәsindәki mövqeyini vurğuladı’’ deyilir.

Görüşdә iki ölkә arasındakı iqtisadi, ticarәt vә investisiya sahәlәrindәki münasibәtlәrin dә qiymәtlәndirildiyi bildirilib.

V.Putin vә  Misir prezidenti arasında baş tutan telefon danışığında  isә ikitərəfli münasibәtlәr, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətin qiymәtlәndirildiyi  qeyd olunub.

Qeyd edәk ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn, Yәmәn, Mavritaniya  vә Liviya  Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. 



Әlaqәli Xәbәrlәr