Qətər ilə siyasi əlaqələrə son qoyan ölkə sayı 8-ə çatdı

Qəsər ilə diplomatik əlaqələrinə son qoyan ölkələr arasına Mavritaniya da daxil olub.

747239
Qətər ilə siyasi əlaqələrə son qoyan ölkə sayı 8-ə çatdı

Mavritaniya rəsmi xəbər agentliyi (AMI)-nın xəbərinə görə Qətər mövcud siyasətindən imtina etmədiyi üçün belə bir qərar qəbul edilib.

Xarici İşlər Nazirliyinin açıqlamasında: “Mavritaniya İslam Respublikası hər zaman Ərəb mənfəətlərinin müdafiə edilməsini istəmişdir. Qətər, Ərəblərin ortaq qaytalarına zidd addımlar atır. Ərəb ölkələrində iğtişaş yaratmaq uğrunda  səy  edir.  

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv adaları, ötən gün, Qətər ilə bütün siyasi əlaqələrə son qoymuş və ölkə ilə dəniz və hava sərhədlərini bağlayıb və Qətərli diplomatlara ölkəni tərk etmək üçün 48 saat, Qətər vətəndaşlarına isə 14 gün möhlət verib. Həmçinin Qətərın, Səudiyyə Ərəbistanı liderliyində Yəməndə Husilərə qarşı mübarizə məqsədiylə yaradılan Beynəlxalq Koalisyondaki rolunun sona çatdığını açıqlayıb.

Digər tərəfdən İordaniya da Qətər ilə diplomatik əlaqələrin səviyyəsini azaltmaq və Əl-Cəzirə televiziya kanalının ofisini bağlamaq qərarına qəlib.

Mərakeş Hava yolları da, Qətər ilə diplomatik əlaqələrini kəsən ölkələrə Doha üzərindən reallaşan uçuşları dayandırıb.



Әlaqәli Xәbәrlәr