Rusiyanın "Su-27" qırıcısı ABŞ-a məxsus bombardman təyyarəsini sərhəddə müşayiət edib

Rusiyanın Müdafiə Nazirliyi Baltik  dənizi üzərində Rusiya sərhədi boyunca uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-52” strateji bombardman təyyarəsinə mane olunduğunu bildirib.

746915

Nazirliyin açıqlamasında bildirilib ki, Rusiyanın "Su-27" qırıcı təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədi boyunca uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52" bombardmançı təyyarəni aşkarlayaraq nəzarətə götürüb və onu müşayiət edib.

Açıqlamada ABŞ-na məxsus təyyarəni Rusiya yaxınlığındakı hava məkanından çıxaran ovçu təyyarəsinin vəzifəsini tamamladıqdan sonra probləmsiz şəkildə bazasına qayıtdığı qeyd edilib.

“TASS” xəbər agentliyinin məlumatına görə isə hazırda Rusiyanın qərb sərhədində yerləşən Latviyada böyük NATO hərbi təlimi keçirilir.

Rusiya tərəfindən mane olunan strateji bombardman təyyarəsinin bu təlim çərçivəsində qalxdığı güman edilir.

Qeyd edək ki, Latviyanın Ventspils şəhərində keçirilən və “BALTOPS 2017” adlanan müxtəlif ölkələrdən hərbiçilərin iştirak etdiyi təlimdə ABŞ donanma qüvvələri də öz gücünü namayiş etdirir.

Әlaqәli Xәbәrlәr