ABŞ-ın Müdafiə Nazirliyinin Qətərlə əlaqəli açıqlaması

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) ordunun Qətərdən icra etdiyi Əfqanıstan, İraq və Suriyadakı əməliyyatlarında hər hansı dəyişikliyin gündəmdə olmadığını bildirib.

746489
ABŞ-ın Müdafiə Nazirliyinin Qətərlə əlaqəli açıqlaması

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) ordunun Qətərdən icra etdiyi Əfqanıstan, İraq və Suriyadakı əməliyyatlarında hər hansı dəyişikliyin gündəmdə olmadığını bildirib.

Pentaqonun sözçülərindən mayor Adrian Rankine Galloway açıqlamasına görə, ABŞ-na məxsus döyüş təyyarələri İraq, Suriya və Əfqanıstandakı əməliyyatlar çərçivəsində Qətərdən vəzifələrini davam etdirir.

Bölgədəki bütün müttəfiqlərə gərginliyi azaltma və bölgənin təhlükəsizliyi üçün birgə həll yolları üzərində razılıq üçün çağırış edən Galloway bildirib ki, ABŞ və Koalisiya oradakı varlığımıza uzun zamandır verdiyi dəstəyə və bölgə təhlükəsizliyinə göstərdiyi sədaqətə görə qətərlilərə minnətdardır. Qətərdəki mövqeyimizi dəyişmək kimi bir planımız yoxdur.

Pentaqon Əfqanıstan, İraq və Suriyada apardığı əməliyyatların bir hissəsini Qətərdəki bazasından reallaşdırır.

Pentaqonun açıqlaması ABŞ dövlət katibi Rex Tillersonın bəzi Ərəb ölkələrinin Qətər ilə əlaqələrini təxirə salmasından sonra razılıq üçün etdiyi çağırışdan sonra yayılıb.

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv adaları, dünən Qətər ilə bütün diplomatik əlaqələrini kəsərək, bu ölkə ilə dəniz və hava sərhədlərini bağlamışdı.

Qətərli diplomatlara ölkəni tərk etmək üçün 48 saat, Qətər vətəndaşlarına 14 gün müddət verilmiş, Qətərin, Səudiyyə Ərəbistanı liderliyində Yəməndə Husilərə qarşı yaradılan Beynəlxalq Koalisiyadakı rolunun sona çatdığı bildirilmişdi.



Әlaqәli Xәbәrlәr