Qətərlə diplomatik əlaqələri kəsən ölkələr

Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını da dayandırıb.

745526
Qətərlə diplomatik əlaqələri kəsən ölkələr

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətləri kəsib.

Həmin ölkələr hava və dənizdən Qətərlə olan keçid məntəqələrini də bağlayıb.

Yayılan açıqlamalarda  Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrora dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

Qətərli diplomatlara olduqları ölkələri tərk etmələri üçün 48 saat, Qətər vətəndaşlarına isə 2 həftə müddət verilib.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını da dayandırıb.

Səudiyyə Ərəbistanı tərəfindən yayımlanan bəyanatda “diplomatik münasibətlərin kəsilməsinin krallığın terror və radikal hərəkətlərdən qorunması üçün vacib addım olduğu” vurğulanıb. Bəyanatda həmçinin “Bütün qardaş ölkələri eyni addımı atmağa çağırırıq” deyilib.



Әlaqәli Xәbәrlәr