Londonda törədilən terror aktına görə məsuliyyəti DEAŞ öz üzərinə götürüb

DEAŞ iyunun 4-ə keçən gecə şəhər mərkəzindəki London körpüsü və yaxınlığındakı Barro bazarını hədəf götürən terror aktının məsuliyyətini öz üzərinə götürüb.

745548
Londonda törədilən terror aktına görə məsuliyyəti DEAŞ öz üzərinə götürüb

Radikal İslamçı təşkilatları təqib edən “SİTE İnteligence” tərəfindən verilən bəyanata görə, DEAŞ iyunun 4-ə keçən gecə şəhər mərkəzindəki London körpüsü və yaxınlığındakı Barro bazarını hədəf götürən terror aktının məsuliyyətini öz üzərinə götürüb.

SİTE”yə görə DEAŞ Ramazan ayında daha çox terror aktı törədilməsi üçün “yalnız qurd” adlanan təşkilata məhribanlıq hissləri ilə yanaşanlara da çağırış edib.

İngiltərənin baş naziri Tereza Mey terror aktından sonra sərt bəyanat yayaraq bildirmişdi ki, bəsdir artıq! Bəzi şeylər artıq dəyişmək məcburiyyətindədir. Hər kəs gündəlik həyatına hər zaman olduğu kimi davam etməli, dövlət müəssisələri də öz işlərini eləcə. Lakin radikallarla və terrorla mübarizədə dəyişiklik etməliyik.

Mey dini istismar edərək qərbli demokratiyaların dəyərlərinə hücum edən tərrorçularla mübarizədə xalqa birlik üçün çağırış edib və parlament seçkilərinin planlaşdırıldığı kimi iyunun 8-də keçiriləcəyini vurğulamışdır.

Terror aktından sonra əməliyyatlar həyata keçirən polis Londonun şərqində müxtəlif ünvanlarda axtarışlar aparıb, aralarında qadınların da olduğu xeyli insan saxlanılıb.



Әlaqәli Xәbәrlәr