Almaniyada cari ilin ilk rübündə müsəlmanlara qarşı 208 hücum olub

Bu hücumların cinayətkarlarının radikal sağçıların olduğu ifadə edilərək, hücumlarda 2 adamın yaralandığı bildirilib

745521
Almaniyada cari ilin ilk rübündə müsəlmanlara qarşı 208 hücum olub

Almaniyada dərc olunan "Neue Osnabürcker" qəzetinin xəbərinə görə, Almaniya hökuməti Sol Partiyanın araşdırma aparılmasına dair təqdim etdiyi cavabda bu hücumların cinayətkarlarının radikal sağçıların olduğu ifadə edərək, hücumlarda 2 adamın yaralandığını bildirib.

Qeyd edilib ki, rəsmi məqamlar tərəfindən ayrı bir kateqoriya olaraq "İslam əleyhinə cinayətlərin" ilk dəfə qeydiyyat altına alınmışdır. Buna görə keçmiş illərlə bu rəqəmlər müqayisə edilə bilmir.

 Müsəlmanlara istiqamətli hücumlar internet üzərindən təhrik, təhdid məktublarının göndərilməsi, küçədə hicablı qadınlara və kişilərə hücumlar, müsəlmanlara məxsus binalara zərər vermə ilə buralara nasistlərə  aid simvolları çəkmə olaraq göstərilib.

Digər tərəfdən eyni aylarda məscidlərə 15 hücum təşkil edildiyi bildirilib və bunun 2016-cı ilin ilk üç ayında 27 olaraq qeydiyyatlarda yer tutduğu ifadə edilib.

Almaniya hökuməti cari ilin ilk rübündə ölkədə İslam əleyhinə 32 nümayiş keçirildiyini, bunun 2016-cı ilin müvafiq dövründə 36 olduğunu açıqlayıb.

Sol yönümlü partiyanın millət vəkili Ulla Jelpke qeydiyyat altında alınan cinayət hadisələrinin buz dağının görünən qisimi olduğunu düşündüyünü, çünki xeyli sayda insanın qorxduğu üçün təhqirləri və hücumları polisə bildirmədiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr