BMT Təhlükəsizlik Şurasının beş yeni üzvü seçilib

BMT Baş Assambleyası 2018-2019-cu  illər üçün BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvünü seçib.

744958
BMT Təhlükəsizlik Şurasının beş yeni üzvü seçilib

Qvineya, Kot-d'İvuar, Küveyt, Peru və Polşa  2018-2019-cu illər üçün BMT Təhlükəsizlik Şurasının yeni üzvləri seçilib.

Bu ölkələr TŞ-dә gələn il yanvarın 1-dən Misir, Seneqal, Yaponiya, Uruqvay və Ukraynanı əvəz edəcəklər.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Britaniya, Çin, Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Şurasının daimi üzvləridir.

Qurumun daha on qeyri-daimi üzvü Baş Assambleya tərəfindən 2 il müddətinə seçilir. Hər il onlardan beşi əvəz olunur.



Әlaqәli Xәbәrlәr