Trampın qərarı Paris iqlim sazişinə ciddi zərbə vurdu

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan etdi.

744209
Trampın qərarı Paris iqlim sazişinə ciddi zərbə vurdu

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan etdi.

Ağ evin rəhbəri bunu mətbuat konfransında deyib: Paris sazişindən çıxırıq, lakin Amerika biznesi, işçiləri, insanları və vergi ödəyiciləri üçün ədalətli şərtlər əsasında yenidən ya Paris sazişinə, ya da tamamilə başqa bir sövdələşməyə daxil olmaq üzrə danışıqlara başlayırıq.

D.Tramp iqlim sazişinin ölkəsinin mənfəətinə olmadığını, iqtisadiyyata vacib olmayan yük gətirdiyini bəyan edib.

Tramp qeyd edib ki, Birləşmiş Ştatların bundan sonrakı fəaliyyəti onların "ədalətli saziş" imzalaya bilib-bilməyəcəklərindən asılı olacaq.

2015 tarixli Paris iqlim sazişi 200-ə yaxın ölkə tərəfindən imzalanıb.

Saziş karbon növü qazların atmosferə buraxılmasını məhdud etməyi və təmiz enerji üçün yoxsul ölkələrə köməlik göstərilməsini nəzərdə tutur. 

ABŞ isə Çindən sonra atmosferə ən çox karbon növü qaz buraxan ölkədir.



Әlaqәli Xәbәrlәr