ABŞ büdcəsindən DEAŞ əleyhinə olan təşkilatlara ayrılan vəsait

ABŞ müdafiə büdcəsindən PKK terror təşkilatına ciddi məbləğdə vəsait ayırdı.

744251

ABŞ prezidenti Donald Trampın 2018-ci ilə aid müdafiə büdcəsində Suriyadakı təlim-təchiz  proqramına 500 milyon dollar ayrıldı.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Tramp idarəsi proqram üçün 64 milyard dollarlıq  Xarici Əməliyyatlar Fondundan 1 milyard 769 milyon dollar ayırıb. Bunun 1 milyard 269 milyon dolları İraqda davam etdirilən təhlim-təchiz proqamı, qalan hissəsi isə Suriyadakı həmin proqram üçündür.

Suriyadakı təlim-təchiz proqramı çərçivəsində dəstəklənən qruplara veriləcək silahlar arasında tankvuran və raketvuran kimi ağır silahların da olması diqqət çəkib. Bundan başqa siyahıda müxtəlif sila-sursatın olduğu da bildirilib.

Sənəddə, silahların veriləcəyi qruplar üçün "nəzarətdən keçmiş Suriya müxalifəti" ifadəsi işlədilsə də bu silahların böyük hissəsindən terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD / YPG-nin liderlik etdiyi Suriya Demokratik Qüvvlərinin istifadə ediləcəyi ifadə edilir.

Ayrıca ABŞ-ın Suriyanın müxtəlif bölgələrində dəstəklədiyi az sayda DEAŞ əleyinə olan ərəb qrupun da bu silahlardan faydalanacağı bildirilir.

Pentaqonun büdcə sənədində həmin silahlar tədarük edilməyəcəyi təqdirdə "ABŞ-ın DEAŞ ilə mübarizəsinin iflasa uğrayacağı" və "Suriyada tərəfdaşlıq etdikləri qüvvələr nəzdindəki etibarına xələl gələcəyi" irəli sürülüb.

Pentaqon mövzuyla əlaqədar açıqlama yaymaqdan imtina edərkən, büdcənin oktyabr ayında Konqresdə təsdiqlənməsi gözlənilir.

ABŞ müdafiə büdcəsindən PKK terror təşkilatına ciddi məbləğdə vəsait ayırdı.

ABŞ prezidenti Donald Trampın 2018-ci ilə aid müdafiə büdcəsində Suriyadakı təlim-təchiz  proqramına 500 milyon dollar ayrıldı.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Tramp idarəsi proqram üçün 64 milyard dollarlıq  Xarici Əməliyyatlar Fondundan 1 milyard 769 milyon dollar ayırıb. Bunun 1 milyard 269 milyon dolları İraqda davam etdirilən təhlim-təchiz proqamı, qalan hissəsi isə Suriyadakı həmin proqram üçündür.

Suriyadakı təlim-təchiz proqramı çərçivəsində dəstəklənən qruplara veriləcək silahlar arasında tankvuran və raketvuran kimi ağır silahların da olması diqqət çəkib. Bundan başqa siyahıda müxtəlif sila-sursatın olduğu da bildirilib.

Sənəddə, silahların veriləcəyi qruplar üçün "nəzarətdən keçmiş Suriya müxalifəti" ifadəsi işlədilsə də bu silahların böyük hissəsindən terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD / YPG-nin liderlik etdiyi Suriya Demokratik Qüvvlərinin istifadə ediləcəyi ifadə edilir.

Ayrıca ABŞ-ın Suriyanın müxtəlif bölgələrində dəstəklədiyi az sayda DEAŞ əleyinə olan ərəb qrupun da bu silahlardan faydalanacağı bildirilir.

Pentaqonun büdcə sənədində həmin silahlar tədarük edilməyəcəyi təqdirdə "ABŞ-ın DEAŞ ilə mübarizəsinin iflasa uğrayacağı" və "Suriyada tərəfdaşlıq etdikləri qüvvələr nəzdindəki etibara xələl gələcəyi" irəli sürülüb.

Pentaqon mövzuyla əlaqədar açıqlama yaymaqdan imtina edərkən, büdcənin oktyabr ayında Konqresdə təsdiqlənməsi gözlənilir.

Әlaqәli Xәbәrlәr