"Trump Otel"in qarşısında üzərində silah olan şəxs yaxalandı

Ağ Saraydan bir neçə küçə uzaqda yerləşən otelin qarşısında tutulan şəxsin Pennsilvania doğumlu, 43 yaşlı Brian Moles olduğu açıqlandı.

743540
"Trump Otel"in qarşısında üzərində silah olan şəxs yaxalandı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın sahibi olduğu "Trump Otel"in qarşısında silah və mərmilərlə yaxalanan bir şəxsin həbs olunduğu bildirildi.

Ağ Saraydan bir neçə küçə uzaqda yerləşən otelin qarşısında tutulan şəxsin Pennsilvania doğumlu, 43 yaşlı Brian Moles olduğu açıqlandı.

Polis Departamentinin sözçüsü Dustin Sternbeck Molesin üzərində bir tapança və 90 mərmi olduğunu söylədi.

Sternbeck: "Bu şəxs barəsində digər ştatdan bizə ipucu verilmişdi. Moles daha əvvəl təhdid məzmunlu şərhlər yazıb" deyə danışdı.

Prezident Donald Trump yanvar ayında vəzifəsini təhvil aldlqdan sonra "Trump Otel"in qarşısında etiraz aksiyaları keçirilirdi.

 



Әlaqәli Xәbәrlәr