"Təşkilatda islahatlar aparılmasına ehtiyac var", A.Quterreş

BMT-nin baş katibi Antonio Quterreş XXI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış mərasimində çıxış edib.

744032
"Təşkilatda islahatlar aparılmasına ehtiyac var", A.Quterreş

BMT-nin baş katibi Antonio Quterreş XXI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış mərasimində çıxış edib.

Sankt-Peterburq İqtisadi Forumunun dünya ictimaiyyətinin və dünya iqtisadiyyatının problemlərini müzakirə etmək üçün vacib məkan olduğunu bildirən Quttereş qeyd edib ki, BMT-nin, o cümlədən təhlükəsizlik sahəsində, daha səmərəli fəaliyyət göstərməsi üçün təşkilatda islahatlar aparılmasına ehtiyac var. Hazırda beynəlxalq aləmdə ciddi fikir ayrılığı və etimad kasadlığı var.

"Texniki tərəqqi və dünya iqtisadiyyatının artımı dünya əhalisinin mütləq yoxsulluq göstəricisinin azalmasına gətirib çıxarıb. Lakin bu, həm də insanlar arasında qeyri-bərabərliyin həddən artıq böyüməsinə səbəb olub. Bu gün dünyanın ən zəngin 8 insanının var-dövləti planetin yerdə qalan əhalisinin kapitalı ilə demək olar, bərabərdir", - BMT baş katibi bildirib.



Әlaqәli Xәbәrlәr