Avropaya getmək istəyən qaçqınların yeni marşrutu hansı ölkədir?

Avropaya getmək istəyən qaçqınların yeni marşrutu qitə ölkələrindən biri oldu.

743639
Avropaya getmək istəyən qaçqınların yeni marşrutu hansı ölkədir?

Türkiyə ilə Avropa İttifaqı arasında 2016-cı ilin mart ayında qüvvəyə minən “Qaçqınların geri qəbulu” ilə bağlı sazişdə müsbət nəticələr hasil olduqda, Avropaya getmək istəyən qaçqınların yeni marşrutu İspaniya oldu.

“The Daily Telegraph” qəzetinin BMT-nin məlumatlarına əsaslandırdığı xəbərə görə, cari ilin ilk dörd ayında İspaniya sahillərinə çata bilən qaçqınların sayı üç qatadək artaraq 3 min 300-ə çıxıb. Keçən ilin müvafiq dövründə bu rəqəm 1.063 idi.  Həmin dövrdə Türkiyədən Avropaya Yunanıstan üzərindən keçən qaçqın sayının isə 156 mindən təqribən 7 minədək azaldığına diqqət çəkilib.

Qəzet Avropaya dəniz yolu ilə keçənlərin 80 faizinin hələ də İtaliya üzərindən qitəyə çatdıqlarını, ancaq Mərakeşdan İspaniyaya keçişlərin artmaqda davam etdiyini vurğulayıb. Bu marşruta üstünlük vərilməsinin səbəbləri arasında Yunanıstan və Balkanlar üzərindən olan keçid məntəqələrinin bağladılmasına dair cəhdlərin təsirli olması göstərilir.

Qəzet xəbərində son zamanlarda İspaniya sahillərində gəmi qəzalarının artdığına da diqqət çəkib.

Bildirilib ki, İspaniya artıq sahilli sularında ən çox qaçqının həyatını itirdiyi ölkədir. Daha əvvəl bu ölkə Yunanıstan olub. İlin əvvəlindən bəridir İspaniya sahillərində Aralıq dənizində 51 qaçqın həyatını itirib. Əgə sahillərində isə ölənlərin sayı 37 olub.

“The Daily Telegraph” qəzetinə bəyanat verən BMT-nin  Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Maria J.Vega deyib ki, ciddi mənada təşviş yaradan vəziyyətlə qarşı-qarşıyayıq. Bu artım daha çox insanın ümidsizcəsinə təhlükəsiz ölkələrə getmək üçün cəhd göstərdiyini və təhlükələri bilirəkdən yola düşdüklərini göstərir.



Әlaqәli Xәbәrlәr