Dünyanın ilk qanunu pasportlarını əllərindən alacaq

Avstraliya uşaqlara cinsi təcavüzə görə məhkum edilənlərin xaricdə bu işi görə bilmə riskinin qarşısını almaq üçün onların pasportlarını ləğv edəcək.

743223
Dünyanın ilk qanunu pasportlarını əllərindən alacaq

  Ölkənin Ədliyyə naziri Maykl Kinan bununla bağlı yeni qanun layihəsi hazırladıqlarını açıqlayıb. Yeni qanun layihəsinə görə ölkələrdəki müdafiəsiz uşaqların qorunması məqsədilə uşaqlara təcavüz edən avstraliyalıların ölkə xaricinə çıxmalarına icazə verilməyəcək və pasportları ləğv ediləcək. Hökumət nümayəndələri belə hesab edir ki, bu, "uşaqlara qarşı cinsi istismar turizminə" vurulacaq ən böyük zərbə olacaq. Heç bir ölkə xaricə gedən vətəndaşlarını müdafiəsiz uşaqları istismar etməkdən çəkindirmək üçün belə qərar qəbul etməyib.

  Kinanın bildirdiyinə görə, qanun layihəsi həyata keçərsə, cəza evlərində nəzarət altında olan 20 min təcavüzkara öz təsirini göstərəcək.

  Avstraliya Xarici İşlər naziri Juli Bişop bu qanun layihəsinin "dünyada bir ilk" olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr