Donald Tramp telefon nömrəsini dünya liderləri ilə paylaşıb

ABŞ prezidenti Donald Tramp öz mobil telefon nömrəsini dünya liderləri ilə paylaşıb və onları birbaşa özünə zəng etməyə çağırıb.

743027
Donald Tramp telefon nömrəsini dünya liderləri ilə paylaşıb

ABŞ prezidenti Donald Tramp öz mobil telefon nömrəsini dünya liderləri ilə paylaşıb və onları birbaşa özünə zəng etməyə çağırıb.

Tramp bu qeyri-adi davranışı ilə diplomatik protokolu pozub, həmçinin ABŞ prezidentinin kommunikasiya gizliliyi rejimi və təhlükəsizliyi ilə bağlı narahatlığa səbəb olub. 

Amerikalı rəsmilər  Trampın belə bir təkliflə Meksika və Kanada liderlərinə müraciət etdiyini bildiriblər. Bu təklifdən ancaq Kanada baş naziri Castin Trüdonun faydalandığı  qeyd edilib.

Bundan başqa, fransalı rəsmilərdən biri Fransada keçirilәn prezident seçkilәrindәn sonra  Trampla Emmanuel Makron arasında baş tutan telefon söhbəti zamanı tərəflərin  şəxsi telefon nömrələrini bir-birilərini verdiklərini deyib. 



Әlaqәli Xәbәrlәr