Theresa May:"Biz Avropadan ayrılmırıq, Avropa İttifaqından ayrılırıq"

İngiltərənin baş naziri Theresa May Aİ-nin gələcəyini düşünməsinin doğru olduğunu, lakin İngiltərənin əhəmiyyətli bir tətəfdaş olaraq qalmaq istədiyini bildirdi.

742274
Theresa May:"Biz Avropadan ayrılmırıq, Avropa İttifaqından ayrılırıq"

İngiltərənin baş naziri Theresa May ölkəsinin Avropadan deyil, Avropa İttifaqından çıxdığını söylədi.

May Aİ-nin gələcəyini düşünməsinin doğru olduğunu, lakin İngiltərənin əhəmiyyətli bir tətəfdaş olaraq qalmaq istədiyini bildirdi.

May: "Biz Avropadan ayrılmırıq, Avropa İttifaqından ayrılırıq. Aİ-dəki digər 27 ölkə ilə tərəfdaşlığımızı davam etdirmək istəyirik. Həm əhatəli sərbəst ticarət baxımınan, həm də təhlükəsizlik baxımından Avropanın geri qalanı ilə əməkdaşlıq etməyə davam edəcəyik " deyə danışdı.

İyunun 8-də keçiriləcək növbədənkənar seçkilərə az qalan bir dövrdə Manchester şəhərində törədilən terror hücumundan və yaşlılara qulluğa ayrılan vəsaitin artırılması planından daşınmaq məcburiyyətində qaldıqdan sonra İngiltərənin baş nazirinin  populyarlığı azalıb.

 May Brexit müzakirələrinin 19 iyunda başlayacağını xatırladaraq seçimlərdə bir partıyanın çoxluq əldə edə bilməməsi halında ortaya çıxacaq təhlükələrdən danışdı və Mühafizəkarlar Partiyası üçün güclü bir dəstək istədi.

May: "Seçkilərdən yalnız 11 gün sonra müzakirələr başlayacaq,təxirə salınması mümkün deyil, gecikdirməyəcəyik" dedi.

 

 

 



Әlaqәli Xәbәrlәr