Belçikada marafon zamanı açılan atəş baş nazirin “qulağını batırdı”

Belçikanın paytaxtı Brüsseldə keçirilən marafonda Şahzadə Astrid start tapançadan atəş açarkən ona çox yaxın məsafədə olan baş nazir Charles Michelin qulaqları tutuldu.

742404

 Şahzadənin atəş açdığı silahın səsinə Michelin reaksiya göstərdiyi anlar kameralara əks olundu.
 
 Baş nazir Michel marafondan bir gün sonra qulağındakı cingilti səbəbindən həkimə müraciət etmək məcburiyyətində qaldı.
 
Baş nazirin bu günkü programı da ləğv edildi.
 
 Michelin sözçüsü Baran Leyts baş nazirin həftə ərzində müalicəyə davam edəcəyini bildirdi.

Әlaqәli Xәbәrlәr