İtaliyada 43-cü G7 Liderlər Sammiti keçirilir

Dünən İtaliyanın Taormina şəhərində sənayeləşmiş 7 ölkənin liderlərinin bır araya gəldiyi G7 sammiti başladı.

740284
İtaliyada 43-cü G7 Liderlər Sammiti keçirilir

Dünən İtaliyanın Taormina şəhərində sənayeləşmiş 7 ölkənin liderlərinin bır araya gəldiyi G7 sammiti başladı.
 
Ameriika Birləşmiş Ştatları,  Almaniya, İngiltərə, Yaponiya, Fransa, Kanada və İtalyadan ibarət G7 və Aİ liderləri 43-cü G7 Liderlər Sammitində görüşdülər.
 
 G7 liderləri  ilk iki sessiyada xarici siyasət və təhlükəsizlik məsələlərini müzakirə etdilər. Həftənin əvvəlində İngiltərənin Mançester şəhərində törədilən terror aktı ilə əlaqədar DEAŞ başda olmaqla, terrorizmlə mübarizə və digər təhlükəsizlik məsələləri müzakirə olundu.
 
 Şimali Koreyanın son dövrdə artan ballistik raket sınaqları, Orta Şərq prosesləri, qaçqın böhranı, Rusiyanın Suriya və Ukraynadakı fəaliyyəti də sammitdə müzakirə olunacaq məslələrdir. 
 
Taorminada G7 sammiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
 
 



Әlaqәli Xәbәrlәr