Stoltenberq NATO-nun qərarlarına açıqlama gətirdi

NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqının DAEŞ-ə qarşı beynəlxalq koalisiyaya qoşulma qərarı verdiyini, amma müharibədə bir rol oynamadığını bildirib.

739567
Stoltenberq NATO-nun qərarlarına açıqlama gətirdi

   Belçikanın paytaxtı Brüsseldə təşkil edilən NATO Dövlət və Hökumət Başçıları Toplantısında verilən qərarlarla bağlı keçirilən mətbuat konfransında Stoltenberq deyib:

  “Terrorla mübarizə mövzusunda Avropa İttifaqı səylərini artırmalıdır…

  Əfqanıstanda hərbi təlimlə də bağlı qərar verilib, amma İttifaqın bəzi üzvləri əsgər göndərmə mövzusunda hələ tərəddüd edir…

  DAEŞ əleyhinə koalisiyaya dəstəyin artırılması qərarı verilib. Müharibə bölgələrinə daha çox təyyarə getməli, daha çox kəşfiyyat aparılmalı və paylaşılmalıdır…

  NATO-nun beynəlxalq koalisiyanın tam üzvü olmasına qərar verdik. Bu, terrorla qlobal mübarizəyə güclü bir mesajdır…

  NATO İraq təhlükəsizlik qüvvələrinə verdiyi təlimi davam etdirəcək. Avropa İittifaqı ölkələri bu qərarları müdafiə etməli, pul qoymalı, yükü ədalətli bölüşdürməlidir… Müttəfiqlər qərarları müdafiəni daha çox investisiya ilə davam etdirəcəklərini bildirir…

  Müttəfiqlər qarşıdurma çıxarmaq deyil, onun qarşısını almaq və sülhü yaratmaq üçün birlikdə hərəkət edir.

  Şəffaflığı artırmaq və riskləri azaltmaq üçün Rusiya ilə dialoqa hər zaman açıq olmalıyıq."



Әlaqәli Xәbәrlәr