Manchesterdə yenə partlayış təhlükəsi

İngiltərənin Manchester şəhərinin Trafford bölgəsindəki məktəblərdən birində bomba yerləşdirildiyinə dair həyəcan yaşanıb.

739349
Manchesterdə yenə partlayış təhlükəsi

İngiltərənin Manchester şəhərinin Trafford bölgəsindəki məktəblərdən birində bomba yerləşdirildiyinə dair həyəcan yaşanıb.

Şəhərin Polis İdarəsi “Hulmedəki Lınby küçəsində bir hadisə olduğunu təsdiq edə bilərik” deyə açıqlama yayıb.

Polis ətrafdakı bir sıra yolların bağlandığını elan edib. Məktəb boşaldılıb və ətrafdakı insanlar bölgədən çıxarılıb. Polis məktəbdə tədqiqatlarını davam etdirir.

Xatırladaq ki, mayın 22-də gecə saatlarında "Manchester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış baş verib. Terror nəticəsində 22 nəfər ölüb,  60-dan çox nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr