Çindən Belarusiya dəmiryolundan ilk yük qatarı yola düşdü
Xidmətə açılan yeni dəmir yolu Çin və Avropa arasında əhəmiyyətli nəqliyyat yollarından biri olacaq.
737949
Çin Belarusiyaya gedən yeni dəmiryolundan ilk yük qatarını göndərdi.
Çinin Yantian stansiyasından çıxan qatar Belarusiyanın paytaxtı Minskə çatmaq üçün təxminən 2 həftə və 9900 kilometr yol qət edəcək.
Qatarın 41 vaqonu cib telefonundan avtomobil parçalarına qədər Çin istehsalı məhsullarını Belarusiyaya aparır.
Xidmətə açılan yeni dəmir yolu Çin və Avropa arasında əhəmiyyətli nəqliyyat yollarından biri olacaq.