“Bu siyasət Türkiyə-ABŞ münasibətlərinə zərər verərmi?” deyə soruşuldu

Bu hadisə bölgədə yaşanan gərginliyə ABŞ-ın Suriya siyasətinin səbəb olduğunun ilk dəfə rəsmi orqanlar tərəfindən qəbul edilməsi kimi qiymətləndirilir.

737890
“Bu siyasət Türkiyə-ABŞ münasibətlərinə zərər verərmi?” deyə soruşuldu

  Amerika kəşfiyyatı ABŞ-ın separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG istiqamətli siyasətini Türkiyə-Amerika əlaqələrinə zərər verən hərəkət sayır.

  Terror təşkilatı DAEŞ-ə qarşı mübarizə adı altında digər terror təşkilatına silah yardımı edilməsi ABŞ-da müzakirə mövzusu olub. Mövzu Amerika Senatı Silahlı Xidmətlər Komitəsində təşkil edilən Dünya Miqyasında Təhdidlər iclasında gündəmə gəlib. Cənubi Karolina senatoru, Respublikaçılar Partiyasından olan Lindsey Qraham, Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Kots və Müdafiə Kəşfiyyat Agentliyinin direktoru, general-leytenant Vinsent Stüartdan YPG-yə verilən dəstəyin Türkiyə ilə anlaşılmazlığa səbəb olub-olmayacağı soruşulub. Kəşfiyyat şefləri "Siyasətimiz iki ölkə arasında gərginliyə səbəb ola bilər" cavabı veriblər.

  Bu hadisə bölgədə yaşanan gərginliyə ABŞ-ın Suriya siyasətinin səbəb olduğunun ilk dəfə rəsmi orqanlar tərəfindən qəbul edilməsi kimi qiymətləndirilir.



Әlaqәli Xәbәrlәr