Tramp İsraildən Fələstinə yol aldı

D.Trampı qarşılama mərasimində Fələstin prezidenti Mahmud Abbas və Baş nazir Rami Hamdullahla yanaşı digər nazir və səlahiyyətlilər də olub.

737518
Tramp İsraildən Fələstinə yol aldı

  Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp İsrailə bir günlük rəsmi səfərindən sonra Qüdsdən İordaniya çayının Şərq sahillərinə Beytüllahim şəhərinə keçərək Fələstin prezidenti Mahmud Abbasla görüşüb. 

  D.Trampı qarşılama mərasimində Fələstin prezidenti Mahmud Abbas və Baş nazir Rami Hamdullahla yanaşı digər nazir və səlahiyyətlilər də olub. 

  Tramp və Abbas arasında ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. 

 



Әlaqәli Xәbәrlәr