Sergey Lavrov ABŞ-ın Əsəd rejiminə məxsus konvoyu vurmasını qeyri- qanuni adlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu hücumu Suriyanın ərazi bütövlüyünə qarşı həyata keçirilən yeni bir əməliyyat olaraq səciyyələndirdi.

735839
Sergey Lavrov ABŞ-ın Əsəd rejiminə məxsus konvoyu vurmasını qeyri- qanuni adlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının Suriyanın əl Tanf bölgəsi yaxınlığında Əsəd rejiminə məxsus konvoyu vurmasını qeyri- qanuni olaraq səciyyələndirdi.
 
Lavrov: "ABŞ rəsmilərinin belə qərar almaq üçün səbəbi nə olursa olsun, bu hücum qeyri-qanunidir və Suriyanın ərazi bütövlüyünə qarşı həyata keçirilən yeni bir əməliyyatdır" ifadələrini işlətdi.

 Lavrov Washingtonun hücumu təşkil etməzdən əvvəl Moskvanı xəbərdar etdiyinə dair məlumatı olmadığını bildirdi.
 
 Rusiya rəsmiləri daha əvvəl də amerikan təyyarələrinin rejimi dəstəkləyən qüvvələrə məxsus konvoyu vurmasının qəbuledilməz olduğunu açıqlamışdılar.
 
 ABŞ Hərbi Hava Qüvvələri mayın 18-də Suriyanın cənubundakı əl Tanf bölgəsi yaxınlığnda hava hücumu təşkil edərək, Əsəd rejiminin tərəfində olan milis dəstəsini hədəf almışdı.
 
 Vurulan 27 nəqliyyat vasitəsindən ibarət konvoyda tank və müxtəlif tipli zirehli vasitə vardı.
 
 DEAŞ əleyhinə koalisiya tərəfindən verilən açıqlamada konvoyun irəliləməsinin Əl Tanfta olan ABŞ və müttəfiq qüvvələrə təhdid təşkil etdiyi bildirilərək: "Bu addım Rusiyanın Suriya rejimini dəstəkləyən qüvvələri geri çevirmək cəhdinin müvəffəqiyyətsiz olması, koalisiyanın güc nümayişi və xəbərdarlıq atəşindən sonra atılıb" deyilmişdi.
 
 Əl Tanf hücumu Trump rəhbərliyinin Əsəd rejimini birbaşa hədəf aldığı ikinci əməliyyatıdır.
 
Aprel ayında İdlibə edilən kimyəvi silah hücumundan sonra ABŞ prezidenti Trumpın təlimatı ilə amerikan təyyarələri Əsəd rejiminə aid Şayrat Hava Bazasını 59 Tomahawk raketi ilə vurmuşdu.



Әlaqәli Xәbәrlәr