Marine Le Pen parlament seçkilərində namizədliyini irəli sürəcək

TF1 televiziya kanalına müsahibə verən Marine Le Pen :"Bəli, namizəd olacağam" dedi.

735741
Marine Le Pen parlament seçkilərində namizədliyini irəli sürəcək

Fransada radikal sağçı Milli Cəbhə Partiyasının lideri  Marine Le Pen gələn ay keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyini bildirdi.
 
 TF1 televiziya kanalına müsahibə verən Marine Le Pen  11 və 18 iyun tarixlərində keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəyi barədə verilən suala:"Bəli, namizəd olacağam" dedi.
 
 Prezident seçkilərinin 23 apreldə keçirilən ilk mərhələsindən müvəffəqiyyətlə keçərək 7 mayda,  ikinci mərhələdə Emmanuel Macrona məğlub olmasına baxmayaraq, 10,6 milyon seçicinin səsini almağı bacaran Le Pen:" Çox əhəmiyyətli hesab etdiyim bir mübarizədə döyüşçülərimə başçılıq etməməyi düşünmürəm" ifadələrini işlətdi.
 
 Macronun bu həftə açıqladığı hökumətdə mərkəz sol Sosialist Partiyası və mərkəz sağ Respublikaçılar Partiyasından siyasətçilər olduğuna diqqət çəkən Le Pen Fransanın ana partiyalarının hökumət və prezident ilə birləşdiyini iddia etdi.
 
 Avropa İttifaqına qarşı olması ilə tanınan Le Pen avronun fransız xalqında narahatlıq yaratdığını qeyd etdi, bunu nəzərə alacaqlarını və müzakirə edəcəklərini bildirdi.
 
 



Әlaqәli Xәbәrlәr